Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 15:19:00
Test imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati rəhbər vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə bu gün keçirilmiş test imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

 

AzEdu.az xəbər verir ki, komissiya avqustun 28-də, 31-də və sentyabrın 1-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28) namizədlərin müraciətlərinə baxacaq.

 

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 125 namizəddən 69-u tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.