https://www.zirve.edu.az/
01.08.2020 18:00
Alimlər koronavirusa qarşı təbii vasitə tapdılar
Çap et

Bir qrup beynəlxalq elm xadimi yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində fəal istifadə olunan "Remdesivir" dərmanından daha təsirli olması qənaətinə gəlib.


AzEdu.az oxu.az-a istinadən bildirir ki, "Cell Discovery" jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin - heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.

 

Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə "Remdesivir" də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.

 

"Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər hansı biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.

 

Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək və hətta qarşısını almaq mümkündür", - deyə, tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.