Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-29 11:45:00
“Emin Əmrullayevin fəaliyyətində bu istiqamətlər özünü qabarıq şəkildə göstərəcək”-Rektorun Təhsil nazirindən gözləntiləri

“Emin Əmrullayevin Azərbaycanın Təhsil naziri təyin edilməsi uğurlu seçimdir. Bu həm də Prezident İlham Əliyevin gəncləşdirmə siyasətinin tərkib hissəsidir. Yeni Təhsil nazirimizin bioqrafiyasına da nəzər saldıqda onun təhsil sahəsində kifayət qədər təcrübəsinin olduğunu görürük. Bu gün cəmiyyətimizdə müasir düşünən, yaradıcı, açıq fikirli kadrlara ehtiyac var. Düşünürəm ki, bütün bu keyfiyyətlər Emin Əmrullayevdə var. Eyni zamanda onun Təhsil İnstitutunun direktoru olaraq idarəetmə bacarığını da qeyd etmək istərdim”.

 

Bu fikirləri Azərbaycan Texniki universitetinin rektoru Vilayət Vəliyev AzEdu.az-a açıqlaması zamanı bildirib. O, Emin Əmrullayevin prezidentin qoyduğu hədəflərə tezliklə nail olacağına inanır:

 

“Bunları nəzərə alaraq düşünürəm ki, Emin müəllim Təhsil naziri kimi fəaliyyətində 3 istiqamət özünü daha qabarıq göstərəcəkdir: birincisi, təhsilin pillə və səviyyələri arasında inteqrasiya tədricən güclənəcək, ikincisi fəaliyyət nəticələri üzrə səmərəliliyin ölçülməsi diqqətdə olacaq və nəhayət təhsilin olkə iqtisadiyyatının inkişafına təsiri, yəni əmək və xidmətlər bazarına töhfəsinin artırılmasına diqqət artırılacaqdır. Əminəm ki, Təhsil naziri Emin Əmrullayev ölkə başçısının onun qarşısında qoyduğu hədəflərə qısa zamanda nail olacaq. Bir daha təhsil ictimaiyyətini bu uğurlu təyinat münasibətilə təbrik edirəm”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları