Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 11:39:00
Qusarda 460 yerlik məktəb binası əsaslı təmir olunur

Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri aparılır.

 

AzEdu.az xəbər verir ki, məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.

 

Əsaslı təmir işləri yekunlaşdıqdan sonra məktəbdə 460 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.

 

Məktəbin direktoru Rasid Tahirov bildirib ki, binada təmir-bərpa işlərinin əsas hissəsi başa çatdırılıb. Təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

 

Hazırda binanın çölündə suvaq, həyətin abadlaşdırılması, dam örtüyünün yenilənməsi işləri həyata keçirilir.

 

Məktəb binasında təmir-bərpa işləri yeni tədris ilinə kimi başa çatdırılacaq.