https://www.zirve.edu.az/
02.07.2020 16:51
Bölgə məktəblilərinin olimpiada uğurları – Gəncədəki təmayüllü lisey
Çap et

 

Ötən tədris ilində Gəncə şəhərində fəaliyyətə başlayan Fizika, riyaziyyat və informatika təmayüllü Liseyin siniflərinin şagirdləri Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstəriblər.

 

AzEdu.az xəbər verir ki, Fənn Olimpiadalarının Respublika mərhələsinin final turunda liseyin 9 şagirdi iştirak etmək hüququ əldə edib.  Onlardan  4 nəfəri qaliblər siyahısına adlarını yazdırıblar.

 

İnformatika fənni üzrə 1 qızıl və 1 bürünc medal, kimya fənni üzrə isə 2 gümüş medal qazanan şagirdlər növbəti tədris ilində daha böyük uğurlar qazanmağa iddialıdırlar.

 

Şagirdlərin hazırlıq prosesini tədris ili ərzində, dərsdən sonra və həftəsonu təşkil edilən proqramlarda olimpiada məşğələlərinə qatılaraq həyata keçirmişdirlər. Pandemiya dövründə isə onların hazırlığı virtual olaraq liseyin qabaqcıl və peşəu müəllimləri tərəfindən həyata keçirilmişdir. Növbəti tədris ilindən müstəqil şəkildə fəaliyyətini davam etdirəcək liseyə qəbul imtahanının avqust ayında keçirilməsi planlaşdırılır. Qəbul imtahanlarına qeydiyyat prosesi davam edir.