https://www.zirve.edu.az/
27.05.2020 12:46
İsveçli alimlərdən YENİ İCAD - Koronavirusa yoluxan xəstələrin 80 faizi bu səbəbdən ölür
Çap et

İsveçdə həkimlər koronavirus infeksiyası zamanı ağırlaşan ağciyər toxumalarının zədələnməsini kök hüceyrələri ilə müalicə etməyi təklif edib.

 

AzEdu.az xəbər verir ki, həkimlər kök hüceyrələrin immunitet sisteminin kəskin reaksiyasının qarşısını ala bildiyini qeyd edib. İddia olunur ki, immunitetin Kəskin Respirator Distress Sindromu reaksiyası (KRDS) - ağciyərlərin qanı oksigen ilə doyma qabiliyyətini itirməsinə səbəb ola bilər. Bu zaman bədənin həddindən artıq iltihablı reaksiyası qaz mübadiləsini pozur.

 

İsveçli alimlər bu vəziyyətin qarşısını almağın bir yolunu tapıb. Bu, mezenximal kök hüceyrələrin istifadəsindən ibarətdir. Bu hüceyrələr immunitet sisteminin fəaliyyətinə nəzarət edə bilir.

 

Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenkonun sözlərinə görə, koronavirusa yoluxan xəstələrin 80 faizindən çoxu Kəskin Respitator Distress Sindromundan ölür. Bu, bədənin koronavirus infeksiyasına qarşı spesifik reaksiyasıdır və hələlik bu xüsusiyyətin elmi əsaslandırması yoxdur.

 

Xatırladaq ki, İtaliya alimləri koronavirusun tiroid xəstəliyinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Onların apardığı tədqiqat koronavirusun yalnız ağciyərlərə təsir göstərmədiyini təsdiqləyib.

 

Çinli alimlərin araşdırması isə göstərib ki, koronavirus yalnız insanın ağciyərlərində deyil, bağırsaqlarında da lokallaşdırıla bilər. May ayında tamamlanan araşdırmada məlum olub ki, virus hissəcikləri nəcisdə saxlanıla və gələcək daşıyıcılara ötürülə bilər.