Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 17:36:00
Bakıda uşaq bağçalarının açılması məsələsinə aydınlıq gətirilib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Eldar Əzizov Bakıda uşaq bağçalarının açılması məsələsinə aydınlıq gətirib.

AzEdu.az-ın məlumatına görə, E.Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, bağçaların açılması epidemioloji vəziyyətdən asılı olacaq:

 

“Operativ Qərargah nə zaman qərar qəbul etsə, biz bağçaları aça bilərik, ancaq mənə elə gəlir ki, bu, yaxın perspektivdə olmayacaq”.