Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 11:39:00
Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb

Azərbaycanda orta məktəblərdə ikinci növbədə oxuyan şagirdlərin sayı 35%-dən 14%-ə enib.

AzEdu.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu da bütün məktəblərin 74%-ni təşkil edir.

 

Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.