Azedu.az

Science.gov.az veb-portalı ictimaiyyəti məlumatlandırmaqda davam edir  

Elmi institut və təşkilatlar

8 Aprel 2020, 15:25
Science.gov.az veb-portalı ictimaiyyəti məlumatlandırmaqda davam edir  

AMEA-nın rəsmi veb-portalı olan science.gov.az-ın əməkdaşları ölkədə karantin rejimi elan olunan gündən öz fəaliyyətini onlayn şəkildə davam etdirirlər. Portala hər gün 3 (Azərbaycan, rus, ingilis) dildə məlumatlar yerləşdirilir. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Məlumdur ki, yeni növ koronavirusla (COVID-19) mübariz çərçivəsində Azərbaycanda ardıcıl, təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi davamı olaraq 2020-ci il martın 29-dan etibarən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə bu qurumun əməkdaşları bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib.

Belə bir çətin şəraitdə kütləvi informasiya vasitələrinin – televiziya, qəzet, radio və internet resurslarının üzərinə xüsusi vəzifə düşür. KİV nümayəndələri xüsusi karantin rejiminin qaydalarına ciddi riayət edərək müvafiq sahələrdə görülən işləri ictimaiyyətə çatdırmalı, eyni zamanda, gündəmdə baş verən hadisələrlə bağlı məlumatları yaymaqda davam etməlidirlər.

Bunları nəzərə alaraq, ölkənin elm sferasında ən böyük veb-resurs olan science.gov.az portalı dünyada və ölkəmizdə müvafiq sahə üzrə yenilikləri çatdırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, apardıqları araşdırmalar, distant təhsil, virtual dərslər və s. haqqında məlumatlar verilir. Eyni zamanda, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar, bu virusla mübarizə məqsədilə görülən tədbirlər, aparılan araşdırmalar işıqlandırılır.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox