Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 10:35:00
Diplomları tələbələr əvəzinə robotlar aldı

Bir çox ölkədə özünütəcrid rejiminin tətbiq olunmasına baxmayaraq, bu o demək deyil ki, öz planlarını mütləq ləğv etmək lazımdır; onları sadəcə dəyişmək olar. Yaponiyanın Biznes Universitetinin məzunları da bu yolu tutub. Onlar COVID-19 pandemiyası dövründə sosial məsafəni pozmadan məzun mərasimi keçirməyə nail olublar.  Yəni  məzun gününü qeyri-adi formatda keçirmək imkanını əldən verməməyi qərara alıblar.  

 

Universitet blogunun məzumatına əsasən, məzun günü Tokioda yerləşən "Grand Palace" otelində keçirilib.

 

Mərasimdə iştirak etmək əvəzinə tələbə-məzunlar "newme" adı verilmiş robotları uzaqdan idarə edblər. Yeni robotlar "ANA Holdings" tərəfindən hazırlanıb və məzunların üzlərini göstərən ekranla təchiz olunub. Tələbələr  mərasimə üz planşetləri olan robotların köməyi ilə “gəliblər”. Robotların əynində ənənəvi akademik şapka və mantiya olub. Tələbələri əvəz edən robotlar universitet rektorunun əlindən diplomlar alıblar.

 

Mərasimdə iştirak edən digər məzunlar da Zoom vasitəsilə tədbirə qoşulublar və tədbir boyu qeyri-adi mərasimdən aldıqları təəssüratları səsləndirmək üçün real vaxt rejimində şərhlər göndəriblər.

 

Dünyanın  koronavirusun yayılmasını cilovlamaq üçün sosial məsafə saxlamaq təcrübəsindən yararlandığı bir vaxtda toy, ad günləri kimi nominal mərasimlər,  buraxılış mərasimləri indi texnologiya vasitəsilə yeni məzmun alır.

 

Sonda qeyd edək ki, texnologiyalar bu gün dünyanın böyük bir hissəsinin status-kvo kimi üzləşdiyi yeni təcrid həyatı və pandemiyadan əvvəlki adi həyat arasında boşluğu aradan qaldırmaq üçün yenidən qurulur.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)