https://www.zirve.edu.az/
04.04.2020 11:35
Qəbul və buraxılış  imtahanları onlayn şəkildə keçiriləcək?- Ekspert rəyi
Çap et

“Qəbul və buraxılış  imtahanlarının onlayn şəkildə keçirilməsi nəzərdə tutulmur”.

 

Bu sözləri AzEdu.az açıqlamasında təhsil üzrə mütəxəssis Sübhan Hüseynov deyib.

 

O, imtahanların keçirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

“Dövlət İmtahan Mərkəzinin sədri Məleykə xanım vətəndaş, abituriyent və  müəllimlərə müraciət ünvanlayıb. Müraciət DİM-in rəsmi saytında yayımlandıqdan sonra bəziləri məlumat paylaşıb ki, qəbul və buraxılış imtahanları onlayn şəkildə keçiriləcək. Lakin rəsmi olaraq DİM-in facebook səhifəsində məlumat verilidi ki, qəbul və buraxılış imtahanlarının onlayn şəkildə keçirilməsi nəzərdə tutulmur. 

 

Hörmətli valideyn, müəllim və şagidlər sizlərdən xahiş edirəm ki, rəsmi məlumatlara inanın. Onlar Dövlət İmtahan Mərkəzinin saytında və facebook  səhifələrində yerləşdirilir. İstəsəz, DİM-in internet resurslarına daxil olub məlumatla tanış ola bilərsiniz. Təşəkkürlər ! “.

 

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi 20 aprelədək dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları