Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 17:32:00
2 nömrəli Bakı Baza Tibb Kolleci Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb    

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, kollec tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 25 min manat məbləğində vəsait köçürülüb.