Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-22 13:51:00
Müəllimlərin işə qəbul müsabiqəsinin vaxtı dəyişdiriləcək?- AÇIQLAMA

Ölkədə koronavirus  pandemiyasının yayılması ilə əlaqədar olaraq  vacib imtahanlar və tədbirlər təxirə salınıb. Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin də vaxtında dəyişiklik olacağı haqqında söyləntilər yayılıb.

AzEdu.az xəbər verir ki, İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bu məsələyə münasibət bildirib.

“ MİQ müsabiqəsinin bu il heç baş tutmayacağı ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Belə bir şey mümkün deyil. Amma  hansı tarixdə- iyulun əvvəli ortası və ya axırı keçiriləcəyini demək mənə elə gəlir ki, bir qədər tezdir. Əsas odur ki, bu dövr tez başa çatsın və biz işimizə qaldığımız yerdən davam edək”.

Qeyd edək ki,  bu il müəllimlərin işə qəbul müsabiqəsi  ixtisas, metodika və pedaqogika fənlərinin əsasında keçiriləcək.