Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 13:42:00
Müəllimlərin yerdəyişməsi müsabiqəsindəki bu məhdudiyyət aradan qaldırıldı

 

“Yerdəyişmə müsabiqəsində yer tutub, amma getməyən namizdlərlə bağlı hər hansı bir tədbir nəzərdə tutulmayıb”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.

 

“Hazırda hər hansı tədbir nəzərdə tutulmur, ancaq vətəndaş müraciətlərini və tələbləri nəzərə alaraq tədbirlər görülə bilər. Bildiyiniz kimi bu il müəllimlərin işə qəbul müsabiqəsində də dəyişiklik baş verdi. Dəyişikliyə əsasən, MİQ müsabiqəsində tutduğu vakant yerdən imtina edən namizədlər bir il müddətində müsabiqənin digər mərhələlərində iştirak hüququnu itirmiş olurlar. Əgər yerdəyişmə müsabiqəsində bu məsələ xüsusi olaraq aktuallaşsa, o zaman qanunvericilik səviyyəsində baxılacaq”.

 

O, həmçinin qeyd edib ki,  yerdəyişmə müsabiqəsində də uğur qazanan namizədlər də  ikinci iş yerini seçə biləcək.

 

“Ötən il yerdəyişmə müsabiqəsində iştirak edən namizdələrə belə bir məhdudiyyət qoyulmuşdu. Onlar ikinci iş yerini seçə bilmirdilər.  Bu il belə bir məhdudiyyət nəzərdə tutulmur. May ayından etibarən yerdəyişmə müsabiqəsi üçün vakansiyaların toplanmasına  başalanacaq”.

 

Qeyd edək ki, yerdəyişmə müsabiqəsinin keçiriləcəyi dəqiq tarix hələ məlum deyil.