Azedu.az

AMEA-nın elmi müəssisələrində koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir

Elmi institut və təşkilatlar

16 Mart 2020, 15:47
AMEA-nın elmi müəssisələrində koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına uyğun olaraq, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələrində dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər davam etdirilir. Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.

BTEB-in Botanika, Mikrobiologiya, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Məqsəd infeksiyalara yoluxma hallarının qarşısının alınması və bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsidir.

Elmi müəssisələrin inzibati korpusları, laboratoriya otaqları, konfrans zalları, kitabxana və dəhlizləri xüsusi preparatlarla təmizlənib. Həmçinin əməkdaşlara koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilib.

Qeyd edək ki, AMEA rəhbərinin sərəncamında BTEB-in mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı müvafiq tapşırıqlar da verilib.

 

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox