Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 15:36:00
Şagirdlər yalnız bu səbəbdən sinifdə saxlanıla bilərlər-RƏSMİ

 

 

İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmir.

 

AzEdu.az xəbər verir ki, həmin şagirdlər psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.

 

Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlıq vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə təsir etmir.

 

Mənbə: http://testlerim.org/senedler/file/32.pdf

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları