AzEdu.az xəbər verir ki,AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ilə bağlı Tədbirlər Planı çərçivəsində “Azərbaycan tarixi 100 eksponatda” adlı kitab nəşr ediləcək.
Bildirilib ki, həmçinin muzeydə yubiley ilində iki böyük sərgi – “Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası” və “Böyük İpək yolu və Azərbaycan” sərgiləri təşkil olunacaq.(AZƏRTAC)