Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 10:22:00
Daha bir ölkədə məktəblər bağlanır

Macarıstan hökuməti koronavirus səbəbindən bazar ertəsindən etibarən məktəbləri bağlamaq qərarına gəlib. AzEdu.az xəbər verir ki,  bu barədə “Daily News Hungary” ölkənin Baş Naziri Viktor Orbana istinadən xəbər verib.

“Yeni koronavirusun yayılması ilə mübarizənin gücləndirilməsi səbəbindən Macarıstan məktəbləri bazar ertəsindən bağlı olacaq”, - nəşr yazıb.

 

Bundan əlavə, nəşrin məlumatına görə, hökumət Budapeştdə kinoteatlar, teatrlar, muzeylər və kitabxanaları da müvəqqəti bağlamaq qərarına gəlib.

Macarıstan hökumətinin qəbul etdiyi fövqəladə tədbirlərə uyğun olaraq, qapalı məkanlarda 100-dən çox, açıq havada isə 500-dən çox iştirakçının olduğu halda tədbirlərin keçirilməsi qadağan olunur.