Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 13:48:00
Bu universitetdə bütün dərslər distant formada təşkil ediləcək

Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan UNEC-də bütün dərslər distant formada təşkil ediləcək.

AzEdu.az-ın xəbərinə görə, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Rektor qeyd edib ki, UNEC-in tətbiq edəcəyi distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: "Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti yetərlidir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdır. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək".