https://www.zirve.edu.az/
11.03.2020 10:16
 Şagirdlərin nəzərinə - Mədəniyyət kanalında teledərslər başladı
Çap et

Bu gündən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.

 AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayıb. 

 Teledərslər fasilələrlə saat 16:00-a kimi davam edəcək.

 Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Belə ki, ibtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

 Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.

 Xatırladaq ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-nə kimi dayandırılıb.