Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 11:22:00
Məktəblərdə   dezinfeksiya işləri nə zaman  başa çatdırılacaq?-RƏSMİ

"Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib".

AzEdu.az xəbər verir ki, bunu Bakı şəhəri 54 saylı tam orta məktəbin dezinfeksiya işləri zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BŞTİ tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb: "Digər təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. BŞTİ ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müqavilə əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır".