https://www.zirve.edu.az/
18.02.2020 12:41
Psixointellektual breyn-rinq oyununa start verilib
Çap et

AzEdu.az xəbər verir ki, Paytaxtdakı ümumtəhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan psixointellektual oyun rayon və şəhər turundan ibarətdir. Rayon turunda VII-IX sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. Birinci mərhələdən uğurla keçən komandalar şəhər turuna vəsiqə qazanacaq.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxilolma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunacaq.