Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 16:49:00
Tovuzda məktəblilərlə görüş keçirilib

Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun E.Məmmədov adına tam orta məktəbində narkomaniyaya qarşı mübarizə və uşaqların zərərli vərdişlərdən qorunmasına dair maarifləndirmə tədbiri keçirilib.

AzEdu.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, tədbirdə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak ediblər.

Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov tədbirdə çıxış edərək bildirib ki, belə cinayətlərin həmişə gizli şəraitdə baş verməsi, nəzarətdən kənarda qalması və sabit artım dinamikasına malik olması narkomaniyanın necə təhlükəli olduğunu göstərir. Narkomaniyaya qarşı səmərəli mübarizə bu istiqamətdə uzunmüddətli, çoxaspektli, böyük maliyyə vəsaiti tələb edən ardıcıl fəaliyyətin həyata keçirilməsini zəruri edir. Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.