Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 11:25:00
İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan 3 min 178 şagird buraxılış imtahanı verəcək

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahan saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.

Həmin gün 3 min 178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından fevralın 10-dan etibarən çap edib götürürlər.