Azedu.az

Geologiya və Geofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Elmi institut və təşkilatlar

13 Fevral 2020, 10:34
Geologiya və Geofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Geologiya və Geofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

AzEdu.az xəbər verir ki, vakant yerlər müəssisənin Hidrogeologiya və geoekologiya, Seysmologiya və geomaqnetizm şöbələrinin müdirləri, eləcə də Hidrogeologiya və geoekologiya şöbəsinin baş elmi işçisi, Geotermiya şöbəsinin böyük elmi işçisi və Paleontologiya və stratiqrafiya şöbəsinin elmi işçisi vəzifələrinə 1 yerdir.

Müsabiqədə elmlər və fəlsəfə doktorları dərəcəsi, həmçinin yuxarıda göstərilən elm sahələri üzrə böyük təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: AZ1143, Bakı, H.Cavid prospekti 119.

Tel.: (+994 12) 537 23 34, (+994 12) 510 01 41 (119).

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox