Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 09:48:00
İctimai müəssisələrdə və məktəblərdə yanğın təhlükəsizliyi qaydalarına dair məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə “ASAN Xidmət” mərkəzində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərpambıq ASK” MMC-nin Biləsuvar filialında, Salyan rayon Xurşud kənd ümumi orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Zümürxan və Kələntərli kəndlərindəki Laçın rayon köçkün tam orta məktəblərində, Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində, Biləsuvar rayonundakı Su Kanal İdarəsinin 6 nömrəli su nasos stansiyasında, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsində maarifləndirmə tədbirləri keçirib.

AzEdu.az xəbər verir ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.