https://www.zirve.edu.az/
11.02.2020 17:39
AMEA: Magistraturaya qəbulun birmərhələli olması sənəd verənlərin sayına təsir etməyəcək
Çap et

"Bu ildən etibarən magistratura səviyyəsinə qəbulun birmərhələli şəkildə aparılması sənəd verənlərin sayına hər hansı təsir etməyəcək".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, əksinə, indi məzun və universitetlərin üzərinə daha ciddi məsuliyyət düşür: "Əgər biz təhsilin müəyyən pilləsinə qəbulu sadələşdiririksə, bu heç də o anlama gəlməməlidir ki, ancaq sevinməliyik. İlkin təhsil pilləsi öz vəzifələrini yerinə yetirsə, magistrlər sonrakı pillədə əziyyət çəkməzlər".

O qeyd edib ki, təhsilin pillələrində qazanılan biliklər sonradan praktikada lazım olur: "Ona görə də gənclər imtahan xatirinə bilik əldə etməli deyillər. Təhsilin hər bir səviyyəsi üzrə tələb olunan bilikləri əldə etməlidir". (report.az)