Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 15:50:00
AzMİU-da əlaçı tələbələrə pul mükafatı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb.  36 tələbə  qış imtahan sessiyasını uğurla başa vuraraq əlaçı adını qazanıb.

AzEdu.az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova həm bakalavr, həm magistr səviyyəsində 2019-2020-ci tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı, könüllü və startapçı tələbələrlə görüşüb.

Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında məlumat verib ki, əlaçı, könüllü və startapçı  tələbələrə fəxri fərmanlar təqdim etməklə yanaşı, onlara birdəfəlik təqaüdləri məbləğində pul mükafatı da veriləcək.

Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, qazandıqları uğurlarda xidmətləri olan müəllimlərə təşəkkür ediblər.