Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 17:46:00
Paytaxt məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil olunub

Ümumtəhsil müəssisələrində çalışan riyaziyyat müəllimləri və metodbirləşmə sədrləri üçün "Riyaziyyat fənni üzrə qiymətləndirmə vəsaitlərinin seçilmiş standartlara uyğun olaraq tərtib edilməsi qaydası" mövzusunda seminarlar keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan seminarların əsas məqsədi riyaziyyat fənnində kurikulum standartlarının gözlənilməsindən, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlarda təlim prosesini əks etdirən dərslər nümayiş olunub, müəllimlərə kurikulum əsasında keyfiyyətli dərsin təşkilinə dair müvafiq tövsiyələr verilib. Seminarlarda, həmçinin müəllimlər diaqnostik və formativ qiymətləndirmənin təşkili, nəticələrinin təhlili ilə bağlı məlumatlandırılıb.

Seminarların sonunda qeyd edilən mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.