Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 15:16:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində narkomaniyaya dair tədbir keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, Peşə Təhsil Mərkəzindən bildirilib ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Namiq Muradov narkomaniyanın zərərləri barədə iştirakçılara məlumat verib. Qəbələ Uşaq və Ailələrə dəstək Mərkəzinin müdiri Günel Ağayeva çıxışında qeyd edib ki, narkomaniya beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərdən biridir. Bu dəhşətli xəstəliyin nəticələri qlobal fəlakətə gətirib çıxara bilər.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı Azər Hüseynov çıxışında ötən yüzilliyin bəlalarından sayılan narkomaniyanın XXI əsrdə də aktual olduğunu təəssüflə vurğulayıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu Zenfilə Hüseynova narkomaniyanın tarixindən bəhs edib.

Tədbirin videoçarx nümayiş etdirilib və tələbələrin sualları cavblandırılıb.