Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 15:04:00
Dövlət İmtahan Mərkəzi  vakansiya elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) müsahibələrin təşkili ilə əlaqədar cari işlərin həyata keçirilməsi məqsədilə baş mütəxəssis vakant vəzifəsinə işçi qəbulu elan edir.

AzEdu.az xəbər verir ki, vakant vəzifə üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Qulluq funksiyalarına:

-Müsahibə qrupu üzvləri tərəfindən verilmiş qiymətləndirmə ballarını bazaya daxil etmək;

-Müsahibələrin keçirilməsi üçün lazım olan sənədləri (vəzifə təlimatlarını, müsahibə proqramlarını, yekun protokolları, bal cədvəllərini) hazırlamaq və aidiyyəti üzrə nizamlamaq, müsahibə otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;

-Gün ərzində keçirilmiş müsahibələrin videoçəkilişlərini mütəmadi olaraq konvertasiya edib bazaya daxil etməklə mühafizəsini təmin etmək;

-Müsahibə materiallarını arxivləşdirmək;

-Rəhbərlik, şöbə müdiri və sektor müdirinin xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxildir.

Vəzifə haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib: http://www.tqdk.gov.az/news/4906/ 

Maraqlanan şəxslərdən müraciət formasını Mərkəzin saytında yükləyib tam şəkildə dolduraraq fevralın 14-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.