Azedu.az

“Qarabağ Universiteti bizim üçün çox əhəmiyyətlidir” - Bayram Səfərov

Ali təhsil

6 Fevral 2020, 16:23
“Qarabağ Universiteti bizim üçün çox əhəmiyyətlidir” - Bayram Səfərov

“İndiki şəraitdə Qarabağ Universitetinin yaradılmasına böyük ehtiyac var. Belə universitetin yaradılması çox vacib məsələdir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri  Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, Şuşanın icra başçısı Bayram Səfərov deyib.

 Onun sözlərinə görə, belə ali təhsil ocağının yaradılması Qarabağla bağlı bir çox məsələlərin öyrənilməsinə imkan yarada bilər:

 “Hesab edirəm ki, Qarabağ Universitetini yaradıb bütün tariximizi, mədəniyyətimizi tədris etməliyik. Bu bizim üçün çox əhəmiyyətlidir. Sovet dövründə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutu fəaliyyət göstərirdi. Sonradan onun adını dəyişdirdilər. İndi Qarabağ Universiteti yaradılsa, çox yaxşı olar”. (modern.az)

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox