Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 10:22:00
Dövlət İmtahan Mərkəzi işçi qəbulu elan edib

Dövlət İmtahan Mərkəzi yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi, Qabiliyyət imtahanları üzrə sektora müqavilə əsasında işçi qəbulu elan edib.

 Azedu.az-ın  məlumatına görə, Mərkəz xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə müqavilə əsasında işçi qəbulu elan edir: 

Namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:

Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;

Azərbaycan və rus dillərini bilmək;

Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;

Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;

Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;

Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Maraqlanan şəxslər CV formasını tam şəkildə dolduraraq fevralın 10-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərə bilərlər. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.