Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 10:40:00
Ultra sürətli mikroskop istehsal edildi

Kvant fizikası hələ də bizim üçün bir çox sualdan ibarətdir. Gələcəktə bir çox problemin həllində istifadə edilməsi nəzərdə tutulan Kvant fizikası ilə bağlı yeniliklər ortaya çıxmağa davam edir.

AzEdu.az xəbər verir ki, Almaniyanın Max Planck üniversitetində alimlər Kvant fizikası üçün Ultra Sürətli Mikroskop istehsal edə bildi. Bu mikroskopun istifadə etdiyi kamera sistemi ilə elektronlar daha yaxşı analiz edilə biləcək.

Alimlərdən Manish Garg və Klaus Kern tək bir elektronu belə HD izləməyi təmin edən mikroskop istehsal etdi.

Hal-hazırda elektronu dəqiq bir şəkildə görüntüləmək çox da mümkün olmur. Buna əsas səbəb isə dalğalanmaların olması və elektronun sadəcə anlıq görüntüsünün izlənilməsinin mümkünlüyüdür. Lakin yeni mikroskop ilə elektronları bir neçə attosaniyəlik izləmək mümkün olur. Attosaniyə saniyənin milyardda 1-nin milyardda 1-i deməkdir. Bu zaman ərəfəsində işıq parçacıqları belə ancaq su molekulu qədər hərəkət edə bilir.

Fizik alimlərinin istifadə etdiyi bu üsul ultra sürətli dalğaları və axtarma tünellərini birləşdirən bir texnologiyadır. Bu da müəyyən bir atomun müəyyən bir elektronunun istənilən zaman anında anlıq görüntülərini əldə etməyə imkan yaradır.