Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 09:03:00
Milli Qəhrəman şagirdlərlə görüşüb

Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov təhsil aldığı Bərdə rayonu Xəsili kənd tam orta məktəbində şagirdlərlə görüşüb.

AzEdu.az  xəbər verir ki, “Qəhrəmanlıq tarixi”  mövzusunda baş tutan görüşdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı rayon təhsil şöbəsinin əməkdaşları, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və digər şəxslər iştirak edib.

 

Öncə iştirakçılar Qarabağ müharibəsində şəhid olan kənd sakinləri Vüsal Mehdiyevin və Mansur Mustafayevin məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyub.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Təhminə Qafarova Milli Qəhrəmanı məktəblərində görməkdən məmunluq hissi duyduğunu deyib. Milli Qəhrəman Fariz Qəhrəmanovun rəhbərlik etdiyi məktəbin məzunu olduğu üçün qürur hissi keçirdiyini bildirib.

 

Sonra iştirakçılar Qarabağ döyüşlərini və ordu quruculuğunu əks etdirən videoçarxı izləyib.

 

Tədbirdə çıxış edən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyyəsində belə görüşlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 

Görüşdə çıxış edən Milli Qəhrəman Fariz Qəhrəmanov Qarabağ müharibəsi ilə bağlı xatirələrini danışıb. Qanlı-qadalı müharibə haqqında söz açan qəhrəman şagirdlərə vətənə daim vicdanla  xidmət etməyi tövsiyyə edib.

 

Tədbirdə çıxış edən Milli Qəhrəmanın döyüş yoldaşları-Salamulla Məmmədov, Cavanşir Qəhrəmanov, Vəzir Hacıyev, Qarabağ qazisi Osman Şıxıyev torpaqlarımız uğrunda gedən döyüşlərdən söz açıblar.

 

Sonda  Milli  Qəhrəman şagirdləri maraqlandıran sualları cavablandırıb. (Azərbaycan müəllimi)