Azedu.az

Peşə təhsili alanların işlə təmin olunması imkanları araşdırılıb

28 Yanvar 2020, 10:13
Peşə təhsili alanların işlə təmin olunması imkanları araşdırılıb

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində ərzaq və qeyri-ərzaq malları satıcısı, əməliyyatçı mühasib, aşpaz, şirniyyatçı qruplarının sonuncu kursda təhsil alan tələbələri üçün “Araz Supermarket” MMC-nin İnsan resursları departamentinin əməkdaşı Vasif Fərəcovla görüş təşkil edilib.

Adıçəkilən şirkətin fəaliyyəti, oradakı vakansiyalar, təcrübə proqramları və karyera imkanları müzakirə olunub,  peşə təhsili alanların işlə təmin olunmaq imkanları araşdırılıb. V.Fərəcov gəncləri maraqlandıran sullara cavab verib. 

Görüşdə bildirilib ki, işə qəbulla bağlı müraciət edən tələbələrin və məzunların CV-ləri  dəyərləndirildikdən sonra onlara müvafiq cavab veriləcək.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox