![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_1580124996526041290_1000x669_62.jpg)
İtaliyanın Milan Texniki Universitetinin bərpa işləri üzrə dosenti Nora Lombardini, Memarlıq fakültəsinin müəllimləri Elena Fioretto və Klaudia Suardi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.
AzMİU-dan AzEdu.az-a bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Nora Lombardini bildirib ki, Avropa İttifaqının “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində İtaliyanın Milan Texniki Universitetinin prorektoru, professor Federiko Buççi yanvarın 30-dan fevralın 1-dək AzMİU-nun qonağı olacaq. Qeyd edilib ki, italiyalı professor AzMİU-nun Memarlıq fakültəsinin müəllim-tələbə heyəti ilə görüşlər keçirəcək, mühazirə oxuyacaq.
Rektor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Milan Texniki Universiteti arasında işgüzar əlaqələrin inkişafından, bu əməkdaşlığın AzMİU-nun Avropa təhsil məkanına inteqrasiyasında böyük rolundan danışıb. O, əlaqələrin daha da genişləndirilməsində Federiko Buççinin səfərinin əhəmiyyətini vurğulayıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)