Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 09:31:00
Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində gənclər arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.

AzEdu.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitdə davam edən bilik yarışının yekun nəticələrinə əsasən Bala Kolatan kənd tam orta məktəbinin “Big Bang” komandası birinci, Musaküçə kənd tam orta məktəbinin “Birlik” komandası ikinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbinin “Elm” komandası üçüncü yerlərə layiq görülüblər.

Fərqləndiyinə görə isə, Bədəlan kənd tam orta məktəbinin “Bədəlan” komandası diplomla mükafatlandırılıb.