Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 13:31:00
Sevinc Orucova “Azərbaycan naminə” müsabiqəsindən danışdı

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında "Azərbaycan naminə" adlı esse müsabiqəsi elan edib.

Müsabiqə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti,  Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti arasında keçiriləcək.

1-ci yerin qalibi 1 nəfər olmaqla 800 manat, 2-ci yerin qalibi 2 nəfər olmaqla 600 manat, 3-cü yerin qalibi isə 3 nəfər olmaqla 400 manat məbləğində mükafat əldə edəcək. Həvəsləndirici olaraq isə 5 nəfərə 150 manat civarında mükafat təqim ediləcək.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova təşkil edilmiş müsabiqə ilə bağlı AzEdu.az-a ətraflı məlumat verib:

“Yeni tədris ili üçün layihələrə hazırlayanda belə qərara gəldik ki, tələbələrin azərbaycançılıq ruhunda fikirlərinin öyrənilməsi, həmçinin vətənə sevgisinin öyrənilməsi üçün təşviqedici layihə keçirək. Layihənin də adını “Azərbaycan naminə” qoyduq. Müsabiqənin esse şəklində olması isə onların azad düşüncələrini ifadə etməsi üçün nəzərdə tutulub. Müsabiqəni bütün universitetlər arasında elan etmədik, çünki o kütləvi müsabiqə olardı ki, ona da bizim gücümüz çatmazdı. Bu il ərzində hələ ki, 10 universitet arasında müsabiqə keçiriləcək.Onların arasında bölgələrdəki ali məktəblər də - Gəncə Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti də iştirak edir.10 universiteti seçməkdə məqsəd ondan ibarətdir ki, bundan əvvəl bu universitetlər həyata keçirdiyimiz müxtəlif layihələrdə aktiv iştirak ediblər”.

S.Orucova yazını qiymətləndirəcək münsiflər heyətinin hələ ki, məlum olmadığını deyib.

“Həmişə olduğu kimi bu il də Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə üçün bizə maliyyə dəstəyi göstərəcək. Layihə barədə artıq iştirak edən bütün universitetlərə məlumat göndərmişik. Fevral ayının 1-dən mart ayının 10-dək yazı işlərini tələbələr təhvil verə bilərlər. Təqim olunan yazıları 3 nəfərdən ibarət münsiflər heyətinin üzvü yoxlayacaq. Münsiflər heyəti hələ ki, müəyyən deyil. Çalışırıq ki, jurnalistikada və Azərbaycan ədəbiyyatı sahəsində dərin bililərə malik ziyalılar münsiflər heyətində çıxış etsin. Fevral ayında həmin şəxslərin kimliyini elan edəcəyik. Müsabiqənin qalibləri aprel ayının 2-də  Bakı Ali Neft Məktəbində təşkil olunacaq mükafatlandırma mərasimində elan ediləcək. İlk yeri tutan şəxsin essesi mərasim zamanı oxunacaq. Ən yaxşı yazıların isə mətbuatda yayımlanmasını düşünürük”.