![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_uniler21.1.2020-1_1579623053_952.jpg)
Bakı Biznes Universitetində koordinatoru olduğu “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində konfrans keçirilib.
Konfransda layihənin tərəfdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin rektorları, prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak edib.
Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq tədbirin aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri də müzakirə olunub. Həmçinin, layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)