Azedu.az

\"İmişli məktəblərində mərkəzləşdirilmiş qaydada sınaq imtahanı keçirilib\"-RTŞ müdiri

19 Yanvar 2020, 15:24
\

 

 “Hazırda İmişli rayonunda 60 məktəb fəaliyyət göstərir. Onlardan 57-i tam orta, 3-ü isə ümumorta təhsil məktəbidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  İmişli Rayon Təhsil Şöbəsinin müdiri  Ələmdar Quliyev deyib.

O, 9-cu sinif buraxılış imtahanlarına geniş şəkildə hazırlandıqlarını qeyd edib.

“Rayunumuzda 60 məktəbdə 81 sinif komplekti mövcuddur. Burada şagirdlərin sayı 1284 nəfərdir.

9-cu sinif buraxılış imtahanlarına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada sınaq imtahanı keçirmişik. Bunun üçün rayonda 5 mərkəz yaradılıb. Bunlar Şahverdili, Qaralar, Məcrəli kənd tam orta və İmişli rayon 2 və 8 saylı tam orta məktəblərdir. Əsas məqsədimiz  9-cu sinif buraxılış imtahanlarının nəticələrini daha da yüksəltməkdir.Bununla bağlı Rayon Təhsil Şöbəsi  əmr imzalayıb.Bu əmr müvafiq ümumtəhsil məktəblərinə göndərilib”.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox