Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 14:04:00
Şagirdlərdə mütaliə mədəniyyəti formalaşdırılır

Biləsuvar  şəhər 1  nömrəli tam orta məktəbdə ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı  rayon ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, şagirdləri ilə növbəti görüş keçirilib.

Ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “49 kitab” layihəsi ilə bağlı Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsini, mütaliə sahəsində xüsusi fəallıqları ilə fərqlənən şagirdləri aşkara çıxarıb həvəsləndirmək və mütaliəyə meyil və maraqlarını gücləndirmək üçün onlar arasında sağlam rəqabət yaradılması məqsədilə müzakirələr aparılıb.

Sonda növbəti görüşdə müzakirə ediləcək əsərlər barədə məlumat verilib.