Azedu.az

Küçə fənəri altında dərs oxuyan uşağın fotosu hər şeyi dəyişdi

Maraqlı

10 İyul 2026, 10:01
Küçə fənəri altında dərs oxuyan uşağın fotosu hər şeyi dəyişdi

Evində işığı olmayan 12 yaşlı Viktorun küçə fənəri altındakı görüntüsü medianın gündəmində.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Perunun Truxilyo şəhərində təhlükəsizlik kameralarına düşən kadrlar sosial şəbəkələrdə geniş rezonans doğurub. Görüntülərdə 12 yaşlı məktəbli Viktor Anqulonun gecə saatlarında səkidə oturaraq küçə fənərinin işığında ev tapşırıqlarını yerinə yetirdiyi əks olunub.

Məsələ ilə bağlı araşdırma aparan yerli jurnalistlər müəyyən ediblər ki, yeniyetmənin ailəsi kəskin yoxsulluq şəraitində yaşayır. Maddi imkansızlıq səbəbindən ailənin yaşadığı evə elektrik enerjisinin verilişi dayandırılıb. Dərslərindən geri qalmaq istəməyən azyaşlı isə hər gün qaranlıq düşdükdən sonra yaxınlıqdakı dirəyin altındakı zəif işıqdan istifadə etmək məcburiyyətində qalıb.

Fotoların rəsmi qurumların və beynəlxalq mətbuatın diqqətini çəkməsindən sonra məktəblinin ailəsinə kömək məqsədilə operativ addımlar atılıb. Perunun daxili işlər nazirinin göstərişi ilə qısa müddətdə sözügedən evə dövlət hesabına yenidən elektrik xətti çəkilib.

Bundan başqa, bir neçə xarici investor və yerli iş adamı gəncin gələcək bütün universitet xərclərini və təhsil təqaüdünü tam şəkildə öz üzərinə götürdüklərini bəyan ediblər.

Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!
Son xəbərlərDaha çox