https://www.zirve.edu.az/
13.01.2020 20:14
Magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək
Çap et

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər edilib.

Nazirlər Kabinetindən  AzEdu.az-a verilən məlumata görə, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.