Azedu.az

Daha bir universitetdə kadr dəyişikliyi olub

13 Yanvar 2020, 16:17
Daha bir universitetdə kadr dəyişikliyi olub

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi olub.

AzTU-nun Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, universitetin kitabxanasının müdiri Narıngül Xələfova öz xahişi ilə vəzifəsindən azad olunub.

Rektor Vilayət Vəliyev AzTU-nun kitabxanasında uzunmüddətli və səmərəli fəaliyyətinə görə N.Xələfovaya təşəkkür edib.

Həmin vəzifəyə kitabxananın şöbə müdiri Zöhrə Məmmədova təyin olunub. Ona kitabxananın texniki universitetlərin tələbləri səviyyəsində, müasir standartlara uyğun qurulması ilə bağlı tapşırıqlar verilib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox