Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 17:39:00
Direktor namizədlərə çox verilən sual: Məktəbin pedaqoji sənədləri

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır. Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəbdə saxlanmalı, direktor işdən çıarıldıqda təhvil verilməli olan sənədlərlə bağlıdır.

Sual:

Məktəbin tədris pedaqoji sənədlərinə nələr daxildir? Sənədlər məktəbdə nə qədər müddət saxlanmalıdır?

Cavab:

AzEdu.az məlumat verir ki, məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından günüuzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının  uçotu  və  verilməsi  kitabından,  pedaqoji  işçilərinin  şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir.

Yuxarıda göstərilən bütün sənədlər, şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, buraxılan və əvəzedilən dərslərin uçotu kitabı istisna olmaqla, məktəbin direktoru dəyişdirilən zaman mütləq aktla təhvil verilir. Akt sabiq və yeni təyin olunan direktor və təhvil-təslim zamanı iştirak edən, TŞ müdiri və ya inspektoru tərəfindən imzalanır.

Məktəbin işlərində inspektor aktları, məruzə qeydləri və ya arayışlar saxlanmalıdır.

Məktəblərdə, habelə yoxlayan şəxslərin qeyd və təklifləri kitabı aparılır.

Buraxılış və sinifdən-sinfə keçirmə imtahanları haqqında sənədlər (imtahan protokolları, illik, imtahan və yekun qiymətləri cədvəli, şagirdlərin yazılı imtahan işlərinin mətnləri) məktəbdə 5 il saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları