Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 12:10:00
Müəllimlərlə əmək müqavilələri necə tənzimlənir?- Təhsil qanunvericiliyi

 

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də müəllimlərlə əmək müqaviləsi məsələlərinin tənzimlənməsi ilə bağlıdır.

 AzEdu.az xəbər verir ki, bu barədə məsələlər  Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə görə, əmək müqaviləsi müddətsiz və ya 5 ilədək müddətli bağlanıla bilər. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz hesab edilir.

Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Əmək müqaviləsi yazılı formada bağlanır. İki nüxsədən az olmayaraq tərtib olunub tərəflərin imzası ilə təsdiqlənir. Onun bir nüxsəsi müəllimdə, digəri isə direktorda saxlanılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları