Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 09:04:00
Məktəblərdə tətil elan edildi - Səbəb

İranın Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsi Nəqədə və Piranşəhrdə bölgələrindəki məktəblərdə günorta növbəsinin tətilə buraxılacağı barədə məlumat yayıb.

AzEdu.az xəbər verir ki, sinoptiklərin güclü qar yağacağı və havanın tempraturunun kəskin aşağı düşəcəyilə bağlı proqnozundan sonra qeyd edilən şəhərlərdə məktəbə qədər hazırlıq müəssisələrinin və ibtidai təhsil məktəblərində günorta növbəsinin tətilə buraxılması qərara alınıb.

Qərbi Azərbaycanın Hidrometeoroloji Proqnozlar Bürosu bu gündən etibarən əyalətə soyuq hava kütlələrinin daxil olacağı və nəticədə güclü qar yağacağı ilə bağlı xəbər yayıb.