https://www.zirve.edu.az/
12.12.2019 10:11
Məktəblinin sınan qolunu kremlə “sağaltdılar”

Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda həkimlər qolu sınmış azyaşlını müalicə etməməmiş evlərinə göndəriblər.

AzEdu.az xəbər verir ki, on yaşlı dördüncü sinif şagirdi Arda Gökər məktəb divarının üstündən tullananda qolunu sındırıb.

“Haber Global”ın məlumatına görə, təcili yardımla xəstəxanaya çatdırılan şagirdin qoluna sadəcə krem çəkilərək evinə göndərilib.

Gecə səhərə qədər yata bilməyib, ağlayan uşağı səhər yenidən valideynləri həkimə gətirib, onun qolunun üç yerdən sındığı və əməliyyat olunacağı məlum olub.

Əməliyyatdan sonra üç ay müalicəsi davam edəcək uşağın şikəst qala bilmə ehtimalı var.

Həkim səhlənkarlığına görə valideynlər şikayətçi olublar.

Xəstəxananın baş həkimi İlkər Halvacı onların şikayətinə əsasən, araşdırma aparılacağını bildirib.