https://www.zirve.edu.az/
10.12.2019 12:39
Şagird və müəllimlərin tətil çaşqınlığı –Hansı günlərdə dərsə gedilməlidir?

Baş Nazir Əli Əsədov yeni il səbəbindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.

Qərara görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilir.

Bəs, həmin tarixlərdə orta ümumtəhsil müəssisələrində tədris hansı formada nizamlanacaq?

AzEdu.az məlumat verir ki, 28 dekabrda 3 yanvar tarixinin, yəni V günün dərsləri,  29 dekabrdə isə 6 yanvar tarixinin, yəni I günün dərsləri keçiriləcək.

20 dekabrda isə həmin günün, yəni I günün öz dərsləri tədris olunmalıdır.

Həmin tarixlər jurnalda proqram əsasında qeyd edilməlidir.

2019-cu ilin 31 dekabr, 2020-ci ilin 1- 6 yanvar tarixləri isə qeyri iş günüdür.

Dərslər 2020-ci il, yanvarın 7-də başlanacaq.

27 – 31 yanvar tətillərində isə şagirdlər beşgünlük qış tətilinə çıxacaqlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları